"Şəhidlər Xiyabanının bazasında soyqrımı muzeyi yaradılsın"

© Photo : Heydar Aliyev FoundationQuba Soyqırımı Memorial Kompleksi
Quba Soyqırımı Memorial Kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Qubada olan memorial kompleksi istisna olmaqla, nə digər abidə, nə də soyqrımı muzeyimiz var"

BAKI, 30 mart — Sputnik. "200 ilə yaxın müddətdə ermənilərin soyqrımı əməlləri 1948-ci ilin dekabrında qəbul olunan beynəlxalq konvensiyaya və bunun əsasında Cinayət Məcəlləsində əksini tapan maddəyə uyğundur. Bu soyqırımıları qəddarlığına görə klassik soyqrımılarından fərqlənir. Hər dəfə ermənilər daha qəddar adam öldürmə üsulundan istifadə edir, meyitlərin üzərində işgəncələr həyata keçirirdi. Bu, tarixdə erməni soyqırımı əlamətləridir". 

Здание Милли Меджлиса - Sputnik Azərbaycan
Azərbaycan parlamenti soyqırımı ilə bağlı gözlənilən qərarı verdi

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən Milli Məclisin 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasında deputat Rafael Cəbrayılov deyib. O bildirib ki, indi əsas məqsəd 200 il ərzində törədilən soyqrımını dünyaya tanıtmaq naminə daha çox işlər görmək olmalıdır.

"Bununla bağlı əsərlər yazılıb, təhqiqatlar aparılıb. Prezidentin elə bir çıxışı yoxdur ki, erməni soyqrımının ifşası haqqında danışmasın. Siz də mənimlə razılaşarsınız ki, fəaliyyət peşəkarcasına aparılanda daha böyük uğurlara nail olmaq mümkündür" — millət vəkili diqqətə çatdırıb.

"200 ilə yaxın bir müddətdə soyqırımına məruz qalsaq da, Qubada olan memorial kompleksi istisna olmaqla, nə digər abidə, nə də soyqrımı muzeyimiz var. Azərbaycana gələn rəsmilər ümummilli lider Heydər Əliyev və Şəhidlər Xiyabanını ziyarət edirlər. Bu, çox gözəl haldır. Fikrimcə, Şəhidlər Xiyabanı bazasında soyqrımı muzeyi və ya abidə yaradıla bilər. Buna Şəhidlər Xiyabanının daha çox haqqı var. Çünki 1918-ci ildə öldürülən soydaşlarımızın bəzisi orada dəfn edilib" — R.Cəbrayılov vurğulayıb.

Millət vəkili Rafael Hüseynov isə həmkarının təklifinə cavab olaraq deyib ki, Azərbaycanda Soyqırımı Muzeyinin yaradılması istiqamətində işlər aparılır: "Hesab edirəm ki, yaxın vaxtlarda Azərbaycanda Soyqırımı Muzeyi yaradılacaq".

Xəbər lenti
0