“Terminator” da əməliyyat olunarmış...

© AP Photo / Invision/ Arthur MolaАрнольд Шварценеггер
Арнольд Шварценеггер - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyat bir neçə saat davam edib. Hazırda aktyorun vəziyyəti sabitdir.

BAKI, 30 mart — Sputnik. Məşhur Hollivud aktyoru və idmançı Arnold Şvartsneqqer təcili əməliyyat olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə “TMZ” aktyora yaxın mənbələrə istinadən xəbər yayıb.

Mənbə qeyd edib ki, 70 yaşlı aktyor Los Ancelesin Cedars-Sinai tibb mərkəzinə ürəyində kateter klapanının əvəzlənməsi üçün halsız gətirilib. Cərrahiyyə əməliyyatı zamanı çətinlik yarandığından, Kaliforniyanın keçmiş qubernatorunun ürəyində açıq əməliyyat aparmaq zəruriyyəti yaranıb.

Əməliyyat bir neçə saat davam edib. Hazırda aktyorun vəziyyəti sabitdir.

Qeyd edək ki, aktyor 1997-ci ildə də ürək əməliyyatı olunub.

Xəbər lenti
0