BAKI, 30 mart — Sputnik. Bu gün Milli Məclisin 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclası keçiriləcək.
Sputnik Azərbaycan-ın xəbərinə görə, iclasda soyqırımı ilə bağlı müraciət qəbul olunacaq.
Bu il yanvarın 18-də prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.