Gözəllik onu həbsxanadan milyarderliyə doğru aparır

Abunə olmaq
Miksi odlu silah saxlamadğına görə həbs edib 27 ay həbs cəzası vermişdilər.

BAKI, 30 mart — Sputnik. Amerikanın ən yaraşıqlı cinayətkarı Ceremi Miks və Böyük Britanıyanın populyar "Topshop" geyim şirkətinin sahibinin qızı Xloya Qrin valideyn olacaqlar. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, cütlük arasında sevgi marərası 2017-ci ilin iyulundan başlayıb. Həmin vaxt onların Türkiyə sahillərində yaxtada görütnüləri yayılmışdı. Oktyabrda Miks onun həbsdən çıxmasını gözləyən həyat yoldaşından boşanıb. Onların bir övladı var idi.

Ceremi Miksi 2014-cü ildən ABŞ-da ən yaraşılqlı cinayətkar adlandırmağa başlayıblar. O vaxt onun şəkilləri polis tərəfindən Facebookda paylaşılmış və 100 min "like" yığmışdı.

Miksi odlu silah saxlamağa görə həbs edilib və ona 27 aylıq həbs cəzası vermişdilər.

Həbsdən azad olunandan sonra onu dəb agentliyinə dəvət ediblər. O vaxtdan Miks bir neçə moda həftəsində iştirak edib və Philipp Plein brendinin siması olub.

Forbes-in məlumatına görə, Xloya Qrin "Topshop" sahibinin qızıdır və 5 milyard dolların varisidir. Bildirilir ki, o heç yerdə işləmir və kübar həyatı yaşayır.

Xəbər lenti
0