Türkiyə yenə şəhid verdi

© REUTERS / Khalil AshawiAfrin
Afrin - Sputnik Azərbaycan
Abunə olmaq
Afrində yaralanan əsgərin həyatını qurtarmaq mümkün olmayıb

BAKI, 29 mart — Sputnik. Suriyanın Afrin bölgəsində yaralanan Türkiyə əsgəri şəhid olub. Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, bu məlumatı Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargahı yayıb.

"Zeytun budağı" əməliyyatı çərçivəsində Afrin bölgəsində həyata keçirilən əməliyyat zamanı 22 mart 2018-ci il tarixində partlayış baş verib. Nəticədə ağır yaralanan bir qəhrəman silah yoldaşımız, müalicə aldığı xəstəxanada bütün tibbi müdaxilələrə baxmayaraq, bu gün şəhid olub" — açıqlamada bildirilir.

Qeyd edək ki, Türkiyə ordusunun yanvarın 21-də başlatdığı "Zeytun budağı" əməliyyatı nəticəsində, martın 18-də Afrin tamamilə terrorçulardan təmizlənib.

Xəbər lenti
0