BAKI, 29 mart — Sputnik. Bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində 2 ədəd qumbaranın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə uşaq bağçasının yaxınlığında məişət tullantıları sahəsinə baxış keçirilib, nəticədə iki ədəd F-1 əl qumbarası aşkar olunub.
Qumbaralar zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.