CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Soyqırımı barədə sənədli filmin təqdimatı oldu

© Photo : TREND"Xocalı dərsi" sənədli filminin təqdimatı
Xocalı dərsi sənədli filminin təqdimatı - Sputnik Azərbaycan
Abunə olmaq
Filmin nümayişindən sonra fikir mübadiləsi aparılıb

BAKI, 29 mart — Sputnik. Prezident yanında Bilik Fondunun maliyyə dəstəyi ilə "ARB Aran" və "Qulp Studio"nun çəkdiyi "Xocalı dərsi" sənədli filminin təqdimatı olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, təqdimat mərasimində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, baş redaktorlar, QHT nümayəndələri, Xocalı sakinləri iştirak ediblər.

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun məsləhəti əsasında əməkdar jurnalist Mübariz Əsgərovun ssenari müəllifliyi və rejissorluğu ilə çəkilən filmdə "Xocalı soyqırım, səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması" kitabındakı faktlardan istifadə olunub. 

31 mart soyqırımı: insanlıq əleyhinə yönəldilmiş qəddar cinayət mövzusunda elmi-praktiki konfrans - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Quba məzarlığı azərbaycanlıların soyqırımının əyani sübutudur"

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, 45 dəqiqəlik "Xocalı dərsi" filmində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə və sonrakı günlər erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı şəhərində həyata keçirdiyi soyqırımın dünya mətbuatında necə işıqlandırıldığı göstərilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində aparılan təbliğat işləri və nəticədə xarici ölkələrin bu soyqırımı tanıması haqqında ətraflı məlumat verilib.

Sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, Azərbaycan müstəqillik dövründə çox böyük tarix yaşamasa da dövlətçiliyimizin tarixi uzun əsrlərlə ölçülür. O deyib ki, son 200 il ərzində ermənilərin ərazilərimizə köçürülməsi, topraqlarımıza iddiası, azərbaycanlıların deportasiyası, etnik təmizlənməsi, soyqırımı ilə müşayiət olunan hadisələrlə üzləşmişik.

"Bu hadisələrin bəlkədə ən pik səviyyəsi ermənilər tərəfindən törədilmiş Xocalı faciəsidir. Artıq 16 ölkədə hökumət və parlament səviyyəsindəXocalı soyqırımı tanınıb. Xocalı həqiqətlərinin tanıdılması işləri bu gün də davam etdirilir. Bu baxımdan bu film xüsusi əhəmiyyət kəsb edir" — deyə Ə.Mehdiyev bildirib.

Daha sonra "Xocalı dərsi" sənədli filmi nümayiş olunub. Filmin nümayişindən sonra fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0