Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Rusiya mafiyasının atası"nın cəzası məlum oldu

© Sputnik / Valery Melnikov / Mediabanka keçidŞakro Molodoy ləqəbli qanuni oğru Zaxari Kalaşov
Şakro Molodoy ləqəbli qanuni oğru Zaxari Kalaşov - Sputnik Azərbaycan
Abunə olmaq
Moskvanın Nikulin rayonunun məhkəməsi Şakro Molodoy ləqəbli qanuni oğru Zaxari Kalaşovu 9 il 10 ay müddətinə azadlıqdan məhrum edib

BAKI, 29 mart — Sputnik. Moskvanın Nikulin rayonunun məhkəməsi Şakro Molodoy ləqəbli qanuni oğru Zaxari Kalaşovu 9 il 10 ay müddətinə azadlıqdan məhrum edib.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, kriminal avtoritet cəzasını ağır rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Martın 27-də məhkəmə Şakro Molodoy və onun 11 cinayət ortağını hədə-qorxu yolu ilə pul tələb etməkdə günahlandırıb.

Kalaşovun köməkçisi, İtalyan ləqəbli Andrey Koçuykova cəzasını ağır rejimli koloniyada çəkməklə 8 il 10 aylıq həbs cəzası verilib. Qanuni oğrunun digər yaxını, "Rusiya Desantlar İttifaqı"nın vitse-prezidenti Batır Bekuradov 9 il 4 ay cəza alıb. 

Əllər, arxiv şəkli - Sputnik Azərbaycan
"Lotu Quli"nin "öldürdüyü" çeçenlə bağlı həqiqət üzə çıxdı

Digər 9 nəfər uzunmüddətli azadlıqdan məhrumetmə cəzası alıblar.

Məhkəmə hədə-qorxu yolu ilə pul tələbetmə ittihamı üzrə günahlandırılanların işinə iki epizod üzrə baxıb. Birinci epizodda zərərçəkmiş tərəf Elements restoranının sahibi Janna Kim, digər epizodda isə sahibkar Lev Qaramovdur.

Hər iki halda quldurlar Şakro Molodoyun rəhbərliyi altında hərəkət ediblər.

Prokurorluq Şakro Molodoya 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 700 min rubl cərimə tələb edib.

FTX və DİN Kalaşovu 13 iyul 2016-cı ildə, o, səhər yeməyinə hazırlaşarkən həbs edib. 

Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranski - Sputnik Azərbaycan
"Rövşən Lənkəranski" ağlayır - Heç yerdə yayılmayan VİDEO

Qızılı mebelli, şərab kolleksiyalı, hovuzları və idman zalları olan qərargahını "Lefertovo" istintaq təcridxanasındakı kamera ilə dəyişəndən dərhal sonra Şakroya qarşı hədə-qorxu yolu ilə külli miqdarda vəsait tələbetmə ittihamı irəli sürülüb. İstintaqın versiyasına görə, bundan təqribən yarım il əvvəl ona dizayner Fatimə Misikova müraciət edib. Misikova Moskva restoranlarından birinin sahibinin ona dizayn-layihəyə görə xidmət haqqını ödəməkdən imtina etdiyi barədə şikayətlənib. Şakro söz verib ki, dizaynerə pulunu almaqda kömək edəcək.

2015-ci ilin dekabrında Moskvanın mərkəzində yerləşən Elements restoranına bir neçə maşınla 20-yə yaxın silahlı adam gəlib. Onlar restoranın giriş və çıxılarını bağlayıblar, müəssisənin sahibi Janna Kimdən 8 milyon rubl tələb ediblər.

Əməliyyata istintaqın rəyinə görə, İtalyan ləqəbli Andrey Koçuykov rəhbərlik edib. Lakin Janna Kim özünü itirməyərək dərhal həyəcan siqnalı düyməsini basıb, həmçinin vəkil tanışı, sabiq "KQB" əməkdaşı Eduard Budantsevi çağırıb. Tezliklə hadisə yerinə özəl dəstək qrupu gəlib. Dava düşüb və atışma baş verib.

Atışmanı çağırışdan sonra hadisə yerinə gələn 3 polis əməkdaşı müşahidə edib, amma onlar münaqişəyə girişməyə risk etməyiblər. Sonra onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə 2 ildən 4 ilədək həbs cəzası alıblar. 

Tapança, arrxiv şəkli - Sputnik Azərbaycan
Kriminal aləmdə yeni müharibə gözlənir: Erməni “qanuni oğru” Lotu Quliyə şər atıb

İtalyan və onun əlbir olduğu 11 nəfər atışmadan dərhal sonra istntaq təcridxanasına düşüblər. Onlarla bağlı hədə-qorxu yolu ilə külli miqdarda pul tələbetmə maddəsi ilə ittiham elan edilib. Bununla belə, təxminən yarım ildən sonra İstintaq Komitəsinin əməkdaşı həbs müddətinin uzadılması üçün məhkəməyə ərizə vermədiyi üçün Koçuykov azadlığa çıxmalı olub. Lakin o, cəmi bir neçə dəqiqə azadlığa çıxa bilib. Təcridxananın darvazasında onu FTX-nın əməkdaşları qarşılayıb və geriyə, dəmir barmaqlıqlar arasına qaytarıb.

Bundan bir neçə gün sonra, 2016-cı ilin 19 iyununda FTX RF İstintaq Komitəsinin (RİK) Moskva Baş İstintaq İdarəsinin sədr müavini, ədliyyə general-mayoru Denis Nikandrovu, RİK xüsusi təhlükəsizlik idarəsinin rəisi Mixail Maksimenkonu və onun müavini Aleksandr Lamonovu saxlayıb. Onlar Koçuykovun istintaq təcridxanasından azad edilməsi və ona qarşı ittihamın yüngülləşdirilməsi üçün Kalaşovdan 500 min avro rüşvət almaqda günahlandırılıblar. İstintaq zamanı məlum olub ki, zabitlərə 500 min dollar verilib. Bunu Şakro özü yox, onun ətrafındakı biznesmenlərdən biri edib. Hazırda RİK-in yüksək vəzifəli əməkdaşları nəzarət altında saxlanılırlar.

Tbilisi əsilli Zaxari Kalaşov qanuni oğru statusunu gəncliyində alıb. O, 1990-cı ildə Moskvaya gəlib və rəsmən restoran biznesi ilə məşğul olub. Bir neçə il sonra İspaniyaya gedib və yerli polis Rusiya mafiozunun ovuna çıxana qədər orada yaşayıb. O, təhlükəni hiss edən anda Birləşmiş Ərəb Əmirliklərinə qaçıb. Orada isə onu tezliklə yaxalayaraq ekstradisiya ediblər.

Çirkli pulların yuyulması və cinayətkar qrup təşkil etməyə görə ispan məhkəməsi Kalaşovu 9 illik həbs cəzasına məhkum edib. Şakro Molodoy 2014-cü ildə azadlığa çıxıb. Prokurorluğun məlumatına görə, o, 2013-cü ildə öldürülmüş, Ded Xasan ləqəbi ilə məşhur olan qanuni oğru Aslan Usoyanın cinayətkar qrupuna rəhbərlik edib. Şakro Molodoy cinayətkar qruplaşmaya rəhbərlik edib və onun iştirakçılarının koordinasiyası ilə məşğul olub.

Şakronun təsərrüfatı balaca deyil — Avropada bukmeyker kontorları, Las-Veqasda kazino, Belçikada almazın cilalanması üzrə zərgərlik evi, Rusiyanın iri neft şirkətlərinin səhmlərində pay və s. və i.

Şeçen kriminal avtoriteti, "Avropa obşakı"nın nəzarətçisi, Şeyx Həmzət ləqəbli Həmzət Qastəmirovla birlikdə Şakro Belçika zərgərlik evinin səhmlərinin 50%-nin sahibidir. Bunlarla yanaşı, onlar MDB ölkələrindən gedən bütün Avropa zərgərlərini himayə edirlər.

Şakro Molodoy həbsdə olduğu müddətdə kriminal aləm ölkənin yeni baş mafiozu haqqında düşünür. Bir sıra məlumatlara görə, bu şəxs Şişkan ləqəbli "qanuni oğru" Oleq Şişkanov olacaq. Şakro özü də məhkəmədə onu əvəz edəcək ideal şəxsin Şişkan olduğunu deyib.

Xatırladaq ki, Rusiyanın cinayət aləminin lideri Zaxari Kalaşovdan sonra "oğru tacı"na əsas iddiaçılardan biri də, 22 illik həbs həyatından sonra ötən il oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa çıxmış Lotu Quli ləqəbli Nadir Səlifovdur.

Xəbər lenti
0