BAKI, 11 dekabr — Sputnik. Ötən il qətlə yetirilən "qanuni oğru" "Rövşən Lənkəranski"nin yeni videosu yayılıb. Sputnik Azərbaycan xəbər verir ki, criminal.az saytı onunla bağlı nadir video əldə edib.
Bir neçə il əvvəl çəkilən video-görüntülərin Lənkəran məscidində lentə alındığı iddia olunur. Ehtimal edilir ki, "Lənkəranski" məscidə Aşura mərasiminə gəlib. O, məsciddə insanlara qoşularaq moizə oxuyur, ağlayır.