CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev Qazax və Ağstafa rayonları barədə sərəncam verdi

© Official website of President of Azerbaijan RepublicПрезидент Азербайджана Ильхам Алиев
Президент Азербайджана Ильхам Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
Qazax Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılmasına 14,6 milyon manat ayrılıb

BAKI, 29 mart — Sputnik. Prezident İlham Əliyev Qazax Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Qazax Rayon Mərkəzi Xəstəxanasının (I növbə) tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 14,6 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.

Prezident İlham Əliyev həmçinin Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncamla Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 4,6 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Xəbər lenti
0