Türkiyə prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

© © Türkiyə prezidentinin rəsmi internet səhifəsiTürkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan general-polkovnik Zakir Həsənovu qəbul edib
Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan general-polkovnik Zakir Həsənovu qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə naziri Zakir Həsənov Türkiyə dövlət başçısı ilə görüşüb

BAKI, 29 mart — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyəyə səfəri davam edir.

Martın 29-da Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan general-polkovnik Zakir Həsənovu qəbul edib.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Xatırladaq ki, Zakir Həsənov Türkiyə səfəri çərçivəsində dünən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hülusi Akarla da görüşüb. 

Bundan əlavə, həmin gün Zakir Həsənovun Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demirlə də görüşü baş tutub.

Tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib və hərbi sənaye sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Müdafiə naziri Zakir Həsənov Ankaraya Türkiyə Respublikasının milli müdafiə naziri cənab Nurəddin Caniklinin dəvəti ilə gedib. Rəsmi səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Martın 31-də isə Azərbaycan müdafiə nazirinin Türkiyənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.

Xəbər lenti
0