Hər kəsə xəbərdarlıq edildi - Aprelin ikinci yarısı özünüzü qoruyun

© Sputnik / Vladimir Sergeyev / Mediabanka keçidGün doğuşu
Gün doğuşu - Sputnik Azərbaycan
Abunə olmaq
Proqnoz Günəşin maqnit ərazisinin analizləri və Günəş küləyinin sturukturları əsasında verilib.

BAKI, 29 mart — Sputnik. Bu ilin aprel ayında bir maqnit fırtınası gözlənilir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Günəş Astronomiyasının Rentgen laboratoriyasından (ABŞ) məlumat verilib. Bildirilib ki, bu il aprel ayının 12-də maqnit fırtınası olacaq.

Proqnoz Günəşin maqnit ərazisinin analizləri və Günəş küləyinin strukturları əsasında verilib.

"70 faiz ehtimalla hadisənin minimum qüvvəsi beş ballıq şkalanın birinci səviyyəsində və 10 faiz ehtimalla ikinci səviyyədə olacaq. 20 faiz ehtimalla isə həmin gün çox az maqnit dalğası ilə müşahidə edilə bilər" – məlumatda bildirilir.

Astronomlar, aprelin 1-10-u arasında geomaqnit vəziyyətin sakit olacağını bildirirlər. Məlumata görə, bu dövrdə hətta zəif geomaqnit pozuntularının ehtimalının 10%-dən aşağı olduğu təxmin edilir.

"11-15 aprel tarixləri Yerin Günəş küləyinin sıx bir axınının təsirində olacağı dövr olacaq. 15 apreldən sonra qısamüddətli maqnit dalğaları hiss ediləcək. Bu özünü 19, 21, 25 və 26 apreldə daha çox büruzə verəcək" — məlumatda bildirilir.

Xəbər lenti
0