Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 28 mart – Sputnik. Lerik sakini 12 gündür itkin düşüb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, Lerik rayonu Veri kənd sakini, 1979-cu il təvəllüdlü Babayev Mirisaq 16 mart tarixində Lənkəranda restoranların birində toyda olub.
Babayev Mirisaq
![Babayev Mirisaq Babayev Mirisaq - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/41461/85/414618544_0:0:1002:1607_600x0_80_0_0_23f5f95d6a06116a61e73c0952156f60.jpg)
Babayev Mirisaq
Babayev toydan çıxaraq naməlum istiqamətdə gedib. O toya gələrkən əynində kostyum olub.
Bildirək ki, Babayev Mirisaq evlidir 2 qızı və 1 oğlu var. Babayevin yaxınları tərəfindən Daxili İşlər Nazirliyinin 102 xidmət-mərkəzinə və Lənkəran Rayon Polis Şöbəsinə məlumat verilib.
Fakt araşdırılır.