Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq Rusiya-Qərb gərginliyinin yeni münaqişələr yaradacağını deyir

© Sputnik / Murad OrujovИльгар Велизаде
Ильгар Велизаде - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, baş verənlər tərəfləri daha sərt addımlar atmağa vadar edir

İlqar Vəlizadə: “Bu gərginlik regional münaqişələrin yaranmasına imkanlar yaradacaq”
“Bu proseslər dünya siyasətinə destruktiv çalarlar gətirir”. Bunu Rusiyalı diplomatların Qərb ölkələrindən qovulması məsələsi ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən politoloq İlqar Vəlizadə deyib.

“Dünyada onsuz da geo-siyasi proseslər mürəkkəbdir. Bu hadisələr bu prosesi daha da gərginləşdirir. Böhranın dərinləşməsi tərəfləri daha sərt addımlar atmağa vadar edir. Tərəflərin bir-birindən asılılığının azalması da onların sərt addımlar atmasına səbəb olur. Əlbəttə vəziyyətin bu cür davam etməsi dünyada və Rusiya sərhədlərində yeni münaqişələrin yaranmasına gətirib çıxara bilər. Düşünürəm ki, bu sərt siyasətin davam etməsi riskləri çoxaldacaq. Bu da öz növbəsində regional münaqişələrin yaranmasına imkanlar yaradacaq” — deyə o bildirib.

Xəbər lenti
0