İstanbulda atışma olub, ölən və yaralananlar var

© AFP 2023 / YASIN AKGULTürk polisi, arxiv şəkli
Türk polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə çoxlu sayda təcili yardım və polis qüvvələri cəlb edilib

BAKI, 28 mart — Sputnik. İstanbulda gecə klubunun qarşısında atışma olub. Sputnik Azərbaycan DHA-ya istinadla xəbər verir ki, klubun qarşısında 2 qrup arasında silahlı insident baş verib. Nəticədə 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və polis qüvvələri cəlb edilib. İnsidentin baş vermə səbəbi hələlik bilinmir. Yaralılar xəstəxanaya aparılıb.

Xəbər lenti
0