BAKI, 28 mart — Sputnik. ABŞ rəsmilərinin terror təşkilatı olan PYD/YPG ilə Suriyanın Membiç şəhərində toplantı keçirdikləri xəbəri yayılıb. Sputnik Azərbaycan "Milliyet"-ə istinadla xəbər verir ki, toplantıda Membiçin Azad Suriya Ordusuna (ASO) təhvil verilməsi barədə qərar çıxarıldığı iddia olunur.
Eyni zamanda, toplantıda Membiçin müəyyən yerlərində ABŞ-ın hərbi məntəqələrinin qalması və terrorçuların Fərat çayının qərbindən tamamilə çəkilməsi ilə bağlı da qərar qəbul olunub.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun 2 ayda Suriyanın Afrin bölgəsində nəzarəti təmin etməsinin ardından, diqqətlər PYD/YPG-nin nəzarətindəki Membiçə çevrilib. Afrindən sonra növbənin Membiçə çatacağını qeyd edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika hərbçilərinin bölgədən çıxmasını tələb edib və Türkiyə əsgərinin oraya girərək bölgəni həqiqi sahiblərinə qaytaracağını bəyan edib.