BAKI, 28 mart — Sputnik. Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 83 cinayət faktından 16-sı "isti izlər"lə açılıb. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadla xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.
Axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında baş vermiş altı yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, üç nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli səkkiz fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.