BAKI, 27 mart — Sputnik. Tan adlı 68 yaşlı çinli kişi illərdir su kimi düyü şərabı içib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, kişinin bu aludəçiliyi nəticəsində bədəni qorxunc hala gəlib.
Çinin Xiangyang şəhərində yaşayan Tan Asiyanın məşhur içkisi sayılan düyü şərabını 13 yaşından bəri gündə 1 litr olmaqla içib. Bunun nəticəsində kişinin bədənini piylərlə örtülüb. Tan bu aludəçiliyinə görə məşhul "Halka" çevrilib.
Dərinin üst qatında piy yığılması ilə müşahidə olunan bu xəstəliyin adı Madelungdur.
Bu xəstəlik orqanizmin metobolizminin pozulması nəticəsində meydana gəlir.
Tanın boyun nayihəsi o qədər qalınlaşıb ki, onun nəfəs alması belə çətinləşib.
Həkimlər əməliyyatla piyləri çıxarmağı düşünürlər. Amma Tan yenə də içməyə davam edərsə, yenidən piylənmə baş verə bilər.