CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəbəriniz olsun: Ən xeyirli bitkinin inanılmaz mənfi təsirləri

Abunə olmaq
Bütün faydalı xüsusiyyətlərə baxmayaraq, bəzi insanlara sarımsaq yemək olmaz

BAKI, 27 mart — Sputnik. Sarımsaq ən faydalı tərəvəzlərdən biri sayılır. Sarımsaq orqanizmə güclü virus və mikrob əleyhinə təsir edir, qurdları öldürür, damarların sağlamlığını qoruyur, xərçəng xəstəliyinin qarşısını alır.

Lakin bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq, bəzi insanlara sarımsaq yemək olmaz.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, qaraciyər və böyrək xəstəlikləri olan insanlar  sarımsaq yeməməlidir ki, bu xəstəliyin daha da kəskinləşməsinə səbəb ola bilər.

İshala meylli olan insanlar da sarımsaqdan imtina etməlidir. Sarımsaq bağırsaqları qıcıqlandırır, ishalın güclənməsinə səbəb olur.

Ekspertlərin fikrinə görə, aşağı təzyiq, aritmiya, öd daşı xəstəliyi, pankreatit və babasil kimi xəstəlikləri olan insanlara sarımsaq ziyan vura bilər.

Həmçinin cərrahi əməliyyatdan əvvəl də sarımsaq yemək olmaz ki, sarımsaq qanı duruldur, qanaxmanın riskini artırır.

Xəbər lenti
0