Türk ordusu itki verdi

© REUTERS / Khalil AshawiTürk əsgərləri Afrin bölgəsində
Türk əsgərləri Afrin bölgəsində - Sputnik Azərbaycan
Abunə olmaq
Afrində iki türk əsgəri mina axtarışı zamanı şəhid olub

BAKI, 27 mart — Sputnik. Suriyanın terrorçulardan təmizlənən Afrin bölgəsində mina axtarış əməliyyatı zamanı Türkiyə Silahlı Qüvvələrinin (TSQ) iki əsgəri şəhid olub. Sputnik Azərbaycan "Haberturk"ə istinadən xəbər verir ki, məlumatı TSQ Baş Qərargahı yayıb.

"Ötən gün ordumuzun iki qəhrəman əsgəri mina axtarışı zamanı şəhid olub. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə isə dərin başsağlığı və səbr diləyirik" — məlumatda qeyd olunub.

Qeyd edək ki, Türkiyə ordusunun yanvarın 21-də başlatdığı "Zeytun budağı" əməliyyatı nəticəsində, martın 18-də Afrin tamamilə terrorçulardan təmizlənib.

Xəbər lenti
0