BAKI, 27 mart — Sputnik. Bayram günlərində sərnişin qataralarında sıxlıq müşahidə olunub. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
O bildirib ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin Daşımaları Departamentinin kollektivi Novruz bayramı günlərində gucləndirilmiş iş rejimində çalışıb: "Əgər adi iş günlərində dəmir yolunun xidmətlərindən 2000 sərnişin istifadə edirdisə, bayram günlərində bu rəqəm 3000-3500 nəfər təşkil edib".
Qeyd edək ki, ən çox sıxlıq Bakı-Tbilisi, Bakı-Qazax, Bakı-Böyük Kəsik və Bakı-Balakən sərnişin qataralarında müşahidə olunub.