Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İlham Əliyevdən vətəndaşlara sevindirici xəbər

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Bona Dea Beynəlxalq Hospitalının açılışında
Azərbaycan Prezidenti İlham Əliyev Bona Dea Beynəlxalq Hospitalının açılışında - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan prezidenti: "Bu il altı şəhərdə yeni xəstəxana tikiləcək"

BAKI, 27 mart — Sputnik. "Əminəm ki, bu xəstəxanada vətəndaşlara çox yüksək tibbi xidmət göstəriləcək".

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 27-də Bakıda Bona Dea Beynəlxalq Hospitalının açılışında deyib. 

"Mən xəstəxana ilə tanış olarkən görürəm ki, çox böyük işlər görülüb. Bütün işlər ən yüksək səviyyədə təşkil edilib. Bu xəstəxana xarici mütəxəssislərin dəstəyi ilə ərsəyə gəlib. Əminəm ki, burada çalışan həkimlər, tibbi heyət xəstələrə yüksək xidmət göstərəcəklər. Mənə verilən məlumata görə, burada 800-dən çox iş yeri yaradılır. Həkimlər, tibbi heyət üçün burada gözəl şərait yaradılıb.

Bu xəstəxananın açılması ölkəmizin ümumi inkişafının göstəricisidir. Hesab edirəm ki, bu xəstəxana nəinki Azərbaycanın, regionun ən qabaqcıl xəstəxanalarından biri olacaq, bəlkə də birincisi olacaq. Ümid edirəm ki, gün gələcək və turistlər Azərbaycana həm də tibbi xidmət almaq üçün gələcəklər. Yəni, bu xəstəxanada yaradılan şərait belə imkanları təmin edir. burada Azərbaycan vətəndaşlarına yüksək tibbi xidmət göstəriləcək. Ölkəmizə gələn qonaqlar da, əminəm ki, bu imkanlardan istifadə edəcəklər" — deyə dövlət başçısı əlavə edib. 

Prezident bildirib ki, son illərdə Azərbaycanda 600-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir edilib: "Biz səhiyyə sisteminin maddi-texniki bazasını böyük dərəcədə gücləndirə bilmişik. Təkcə bu il altı şəhərdə yeni xəstəxana tikiləcək. Beləliklə, Azərbaycanın hər bir şəhərində ən yüksək tibbi şərait yaradılır. Altı yüzdən çox xəstəxananın, tibb müəssisəsinin yaradılması, əlbəttə ki, böyük vəsait tələb edir. Azərbaycan dövləti bu vəsaiti ayırır".

Xəbər lenti
0