BAKI, 26 mart — Sputnik. Türkiyə Böyük Britaniya-Rusiya qarşıdurmasında tərəf olmayacaq və digər ölkələr kimi Rusiya diplomatlarını ölkədən çıxarmayacaq.
Sputnik Azərbaycan "Sözçü"yə istinadla xəbər verir ki, bunu Türkiyə hökumətinin sözçüsü, baş nazirin müavini Bəkir Bozdağ bəyan edib.
O, Londonda zəhərlənən Sergey Skripal probleminin iki dövlətin daxili işi adlandırıb: "Böyük Britaniya müstəqil və köklü dövlətdir. Bizim onlara "Bunu niyə belə etdiniz" demək hüququmuz yoxdur. Rusiya da həmçinin. Sabiq agentlə bağlı böhran Rusiya və Böyük Britaniya münasibətlərinə aiddir. Tərəflər özləri problemi həll etməlidirlər. Türkiyə Rusiyaya qarşı heç bir tədbir görmək niyyətində deyil. Biz siyasətimizi türk milləti, Türkiyə dövlətinin maraqları baxımından aparırıq. Rusiya ilə yaxşı münasibətlərimiz var" — deyə B.Bozdağ vurğulayıb.