BAKI, 26 mart — Sputnik. Bu gün səhər saatlarında Salyan rayonun Xələc kəndindəki su kanalına avtomobil düşüb.
Sputnik Azərbaycan virtualaz.org-a istinadən xəbər verir ki, sudan çıxarılan 09 BO 697 dövlət nömrə nişanlı VAZ-21074 markalı avtomaşından sürücü — Bərdə şəhər sakini 34 yaşlı Rauf Sahib oğlu Quliyevin və sərnişini — 34 yaşlı Ağdaş şəhər sakini Qərib Yenidünya oğlu Quliyevin suda boğulmuş meyitləri aşkar edilib.
Avtomaşının idarəetməni itirərək su kanalına düşdüyü ehtimal edilir. Faktla bağlı araşdırmalara başlanılıb.