Rusiyanın ən böyük fırıldaqçısı öldü: 15 milyon adama kələk gəlmişdi

© Sputnik / Илья Питалев / Mediabanka keçidИнтервью с Сергеем Мавроди
Интервью с Сергеем Мавроди - Sputnik Azərbaycan
Abunə olmaq
O, 1994-cü ildə Rusiya parlamentinin deputatı seçilsə də, dərhal məvacib və dövlət avtomobilindən imtina edib

BAKI, 26 mart — Sputnik. Vaxtilə Rusiyanın ən böyük fırıldaqçı piramidası sayılan "MMM"-in yaradıcısı Sergey Mavrodi ölüb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Moskovskiy komsomolets" xəbər yayıb.

Martın 26-na keçən gecə Mavrodinin halı pisləşib və o, Polikarpova küçəsindəki avtobus dayanacağından xəstəxanaya aparılıb. O, ürək nahiyəsində ağrılardan şikayət edib. Mavrodi xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Sergey Mavrodi "MMM"-i 1992-ci ildə yaradıb. O, tez bir zamanda məşhurlaşıb və Rusiya tarixində ən böyük piramidaya çevrilib. Piramidanın üzvlərinin gəliri yeni cəlb edilən köçürdükləri üzvlük haqqından ödənirmiş. Amma yeni gələnlərin sayı azalanda, ödəmələrdə də çətinlik başlayıb. Mavrodinin "MMM"-dən zərər çəkənlərin sayı 10-15 milyona çatıb.

O, 1994-cü ildə Rusiya parlamentinin deputatı seçilsə də, dərhal məvacib və dövlət avtomobilindən imtina edib. Mavrodi bildirib ki, ancaq toxunulmazlıq əldə etmək üçün deputat olub. Amma 1996-cı ildə keçirilən prezident seçkiləri öncəsi onun mandatı əlindən alınıb.

2007-ci ildə Mavrodi fırıldaqçılığa görə 4,5 il həbs cəzası alıb. 2016-cı ildə Mavro adlı kriptovalyutanın yaradıldığını elan edib. Layihənin ilk ayındaca ona 33 min adam müraciət edib.

Xəbər lenti
0