Ərdoğan siqnal verdi, PKK qaçdı: Sincar bölgəsində gözlənilməz olay

© © AA/ Cumhurbaşkanlığı/Murat ÇetinmühürdarTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə sərhəddəki Hatay vilayətində
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə sərhəddəki Hatay vilayətində - Sputnik Azərbaycan
Abunə olmaq
PKK terrorçuları illərdir nəzarətdə saxladıqları Sincardan çıxaraq, bölgəni İraq ordusuna təhvil veriblər

BAKI, 26 mart — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrin əməliyyatından sonra hədəf kimi seçdiyi İraqın Sincar bölgəsində maraqlı proses yaşanıb.

Məlumata görə, PKK terrorçuları illərdir nəzarətdə saxladıqları Sincardan çıxaraq, bölgəni İraq ordusuna təhvil veriblər. Mövzu ilə bağlı rəsmi Bağdad hər hansı açıqlama verməsə də, yerli və xarici KİV-lərin çəkdiyi görüntülər, iddianın gerçək ola biləcəyinə dəlalət edir.

Sputnik Azərbaycan "Sözcü"yə istinadən xəbər verir ki, Türkiyənin dövlət başçısı Ərdoğan, dünən partiyasının qurultayındakı çıxışı zamanı, Afrindən sonra növbədə Suriyanın Tel Rıfat və İraqın Sincar əraziləri olduğunu söyləmişdi. Hər iki bölgə də PKK terror təşkilatının nəzarəti altındadır.

Xəbər lenti
0