Daha bir ərəb ölkəsində vəziyyət pisləşir: Üz-üzə dayanıblar

© REUTERS / Mohamed AzakirГраница Ливана с Сирией, фото из архива
Граница Ливана с Сирией, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir qeyd edib ki, Livanın müstəqilliyinə kənar müdaxilələrin olmasına heç vaxt imkan verməyəcək

BAKI, 26 mart — Sputnik. Parlament seçkilərinə hazırlaşan Livanda siyasi qalmaqal yaşanır. Baş naziri Səid Həriri, Hizbullah-a yaxın bəzi partiyaları Bəşər Əsədə sadiq qüvvələr adlandırıb.

"Bəziləri keçmiş günlər üçün çox darıxıb. Suriya rejiminin təsiri altında olduğumuz günləri deyirəm. O günlər artıq çox geridə qaldı. Onların kim olduğunu hamımız yaxşı bilirik. Əslində siyahıdakı namizədlər Hizbullah-ın və Əsədin namizədləridir, Livan xalqının yox" — Həriri deyib.

Baş nazir qeyd edib ki, Livanın müstəqilliyinə kənar müdaxilələrin olmasına heç vaxt imkan verməyəcək.

Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, 1975-ci ildən 2005-ci ilə qədər Suriya rejiminə bağlı ordu qüvvələri Livanın şimalını nəzarətdə saxlayıb. Beynəlxalq təzyiqlərdən sonra 14 fevral 2005-ci ildə Suriya rejimi öz əsgərlərini bölgədən geri çəkmişdi.

Xəbər lenti
0