CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubadakı qədim "Günbəzli hamam" təmir edildi

© Sputnik / Leyla AbdullayevaQubadakı qədim "Günbəzli hamam"ın açılış mərasimi
Qubadakı qədim Günbəzli hamamın açılış mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Qırmızı kərpicdən inşa edilmiş bu tarixi hamam Nazirlər Kabinetinin qərarı ilə yerli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib

BAKI, 26 mart — Sputnik. Bu gün Amerika səfirlərinin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birgə bərpa edilən Qubadakı qədim "Günbəzli hamam"ın açılış mərasimi keçirilib.

© Sputnik / Leyla AbdullayevaQubadakı qədim "Günbəzli hamam"ın açılış mərasimi
Qubadakı qədim Günbəzli hamamın açılış mərasimi  - Sputnik Azərbaycan
Qubadakı qədim "Günbəzli hamam"ın açılış mərasimi

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri R. Sekuta, mədəniyyət naziri Əbülfəz Qarayev, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, ictimaiyyət nümayəndələri iştirak edib. Çıxışlarda bildirilib ki,18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərində şərq memarlıq üslubunda — qırmızı kərpicdən inşa edilmiş bu tarixi hamam Nazirlər Kabinetinin qərarı ilə yerli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Günbəzli hamam - Sputnik Azərbaycan
CƏMİYYƏT
Quba sakinlərini qədim hamamın buxarında boğub, cəsədlərini çaya atıblar

Hamamın binasının fasad, dam, divar, pilləkən hissəsi və otaqları yenilənərək əsaslı bərpa edilib, ətrafı hasarlanıb. Ərazidə xüsusi bərpa işləri görülüb. Açılış mərasimində qeyd olunub ki, vaxtilə hamam kimi fəaliyyət göstərmiş bu tarixi abidə indi hamam statusu daşımayacaq, vətəndaşlara, sakin və turistlərə açıq olacaq. Burada yerli sənətkarların əl işlərindən ibarət sərgilər, müxtəlif tədbirlər keçiriləcək.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ABŞ səfirliyinin maliyyə dəstəyi ilə bərpa edilən "Günbəzli hamam"ın təmir işlərində Azərbaycan ustaları çalışıb, günbəzin tarixi formasında heç bir dəyişiklik edilməyib: "Qədimdən necə idisə, elə də bərpa olunub. Bu abidələr bizim sərvətimizdir, kökümüzü ifadə edən rəmzlərdir. Azərbaycan hər zaman multikultural ənənələrə sadiq olan torpaq olub. Qubada yerləşən bu abidənin bərpasına xarici ölkənin gücünün cəlb olunması bu rayonda mövcud olan mühitə hörmət əlaməti kimi qəbul olunmalıdır".

Əbülfəz Qarayev bu tarixi hamamın bərpasının Qubaya gələn yerli və əcnəbi turistlər üçün xüsusilə maraqlı olacağını deyib.

© Sputnik / Leyla AbdullayevaABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın çıxışı
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın çıxışı - Sputnik Azərbaycan
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın çıxışı

İştirakçıların diqqətinə çatdırılıb ki, 2001-ci ildən fəaliyyətdə olan Amerika səfirlərinin Mədəni İrsin Qorunması Fondu indiyədək 100-dən çox ölkədə müxtəlif qədim və tarixi binaların, nadir əlyazma və muzey kolleksiyalarının, bir sözlə, məhv olmaq təhlükəsində olan mədəni abidələrin bərpasına dəstək verib və xeyirxah missiya bundan sonra da uğurla davam etdiriləcək.

Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddiin Əliyev qubalılar adından hamamın bərpasındakı xüsusi xidmətlərinə görə Amerikanın Azərbaycandakı səfiri Robert Sekutaya və xanımına təşəkkür edib.

Xəbər lenti
0