Günel Səfərova: “Analıq məzuniyyətinin 4 aydan 6 aya qaldırılmasının tərəfdarıyam”
“Azərbaycanda analara 4 ay müddətinə ödənişli analıq məzuniyyət verilməsi yetərli deyil”. Bunu UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan deyib.
Hüquqşünas Günel Səfərova Sputnik Azərbaycan-a deyir ki, xarici ölkələrdə analıq məzuniyyəti analar üçün sərfəlidir:
“Azərbaycan bu sahədə çox geridə qalıb. Altı ay müddəti də analıq məzuniyyəti üçün o qədər də böyük zaman deyil. Son zamanlar Azərbaycanda da bununla bağlı müzakirələr aparılır”.