Bakı, 23 mart — Sputnik. Rusiyada keçirilən prezident seçkilərində 76,69% səs toplayan ölkənin hazırkı rəhbəri Vladimir Putin yenidən prezident seçilib.
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyasının (MSK) qərar layihəsində deyilir.
Qərar layihəsi MSK-nın cümə günü keçiriləcək iclasında qəbul ediləcək.
Seçkilərdə Kommunist Partiyasının namizədi Pavel Qrudin 11,77% səslə ikinci olub.
Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski 5,65% səs toplayaraq namizədlər arasında üçüncüdür.
Vətəndaş Təşəbbüsü Partiyasının namizədi Kseniya Sobçak seçicilərin 1,68% səsini qazanıb.