Bakıda qardaş qardaşı döyüb xəstəxanalıq etdi

CC0 / Parentingupstream / DoctorXəstəxana palatasında yatan qadın, arxiv şəkli
Xəstəxana palatasında yatan qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ağır xəsarət alan şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Bakı, 23 mart — Sputnik. Sabunçu rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.

Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, hadisə Maştağa qəsəbəsində baş verib.

Yaşadığı evdə olarkən, 1969-cu il təvəllüdlü Dadaşov Aydın İbrahim oğlu qardaşı ilə mübahisə edib. Nəticədə qardaşı onu döyüb. 

Ağır xəsarət alan şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.

Xəbər lenti
0