Bakı, 23 mart — Sputnik. Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi zamanı körpə xəsarət alıb. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib.
Yol kənarında hərəkət edən 2016-ci il təvəllüdlü Yarməmmədov Fuad İlham oğlu qəfil avtomobilin qarşısına çıxıb. Nəticədə maşın onu vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.