“Xidməti satmaq üçün onun nə qədər dayanıqlı olması əhəmiyyət daşıyır. Azərbaycanın hələ 1 dənə telekommunikasiya peyki var və bu, dayanıqlı xidmət üçün risk yaradır. Ona görə də ikinci telekommunikasiya peykinin olması zərurətdən irəli gəlir. İkinci peyk olamlıdır ki, xidmət dayanıqlı olsun və hər ikisinin xidmətlərini satmaq mükün olsun. Bu baxımdan hesab edirəm ki, ikinci peykin orbitə buraxılması vacib idi. İndiyə qədər qoyulmuş resurslardan da səmərəli istifadə üçün imkan yarada bilər. Bu eyni zamanda “Azərkosmos”un rəqabətə davamlılığını gücləndirəcək. Çünki bir peyklə rəqabətə davamlılığı təmin etmək mümkün deyil”.
Xatırladaq ki, Azərbaycanın ilk peyki "Azerspace/Africasat-1" 2013-cü ilin fevralında orbitə buraxılıb.
Ekspertin geniş şərhinə audiofayılda qulaq asa bilərsiniz.