Tanınmış aktyor qardaşları ilə birlikdə həbs olundu

Abunə olmaq
Məhkəmə qarşısında ifadə verən Adnan Koç və qardaşları narkotik alqı-satqısında təqsirli bilinərək azadlıqdan məhrum ediliblər

Bakı, 23 mart — Sputnik. İstanbul polisi aldığı məlumat əsasında kafelərdən birinə ani basqın edib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatda 3 nəfər həbs olunub.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadən xəbər verir ki, tutulanlardan biri tanınmış serial qəhrəmanı, aktyor Adnan Koçdur.

Digər iki şəxs isə aktyorun doğma qardaşları olub. 

Məhkəmə qarşısında ifadə verən Adnan Koç və qardaşları narkotik alqı-satqısında təqsirli bilinərək azadlıqdan məhrum ediliblər.

Xəbər lenti
0