Ümumdünya Su Resursları Günü

CC0 / phas0r / RiverРека, фото из архива
Река, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
BMT-nin Baş Assambleyası 22 dekabr 1992-ci il, 47/193 nömrəli qətnaməyə əsasən 22 mart tarixini “Ümumdünya su resursları günü” elan edib

BAKI, 22 mart — Sputnik. 1992-ci ildə BMT-nin Rio-de-Janeyroda keçirdiyi Ətraf Mühit və İnkişafa dair Konfransda ilk dəfə olaraq içməli suyun bəşəriyyət üçün əhəmiyyətini qeyd etmək məqsədilə müəyyən bir günün Ümumdünya Su Günü kimi qeyd olunması tövsiyə edilib.

Bu tövsiyəyə əsasən BMT-nin Baş Assambleyası 1993-cü ildə 22 mart tarixini Ümumdünya Su Günü elan edib. Bu günün keçirilməsinin məqsədi su resurslarının mənimsənilməsinin hansı səviyyədə olmasının, iqtisadi və sosial rifahın səmərəliliyinin yüksəldilməsinə təsirinin müəyyən edilməsi və bu barədə maarifləndirilmənin təmin edilməsidir. 

Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır.

Respublikamızın yerüstü su ehtiyatlarının 19-20,6 kubkilometri transsərhəd çayların, 9,5-10 kubkilometri isə yerli çay axımının hesabına formalaşır.

Xəbər lenti
0