Amerikalıların başları bəladan açılmır - VİDEO

© REUTERS / Eduardo MunozABŞ-a yağan qar
ABŞ-a yağan qar - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-da son üç həftədə dördüncü dəfə fırtına baş verib, 4 mindən çox təyyarə reysi ləğv edilib

BAKI, 22 mart — Sputnik. Son 3 həftədə dördüncü qar fırtınasının yaşandığı ABŞ-ın şimal-şərq bölgəsində 70 milyon insanın əziyyət çəkdiyi bildirilib. Fırtına səbəbindən 4 mindən çox təyyarə reysi ləğv edilib.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, dünən gecə Filadelfiya və Vaşinqtonda başlayan intensiv qar və fırtına səhər saatlarında Nyu-Yorka çatıb. Paytaxt Vaşinqtonda bu gün federal hökumət və dövlət qurumlarının qapalı olduğu bildirilib və hər üç şəhərdə məktəblər tətil edilib.

Qar fırtınası nəqliyyata mənfi təsir edib. Nyu-Cersi ştatında və Nyu-York şəhərində qar fırtınası səbəbindən fövqəladə vəziyyət elan edilib. Bu gün 9 min 800 aviareysdə gecikmə baş verərkən, 4 min 800 reys ləğv edilib.

Qeyd edək ki, ABŞ-ın şimal-şərqində 3-8-13 mart tarixlərində baş verən fırtınalarda 9 mindən çox uçuş ləğv edilmiş, 2 milyon insan işıqsız qalmışdı.

Xəbər lenti
0