Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Bəyin oğurlanması" çəkilən yerdə faciə baş verdi

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку, фото из архива
Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şamaxıda 12-yaşlı uşağın əlində fişəng partlayıb, barmağının bir hissəsi qopub

BAKI, 21 mart — Sputnik. Şamaxıda Novruz əyləncəsi bədbəxt hadisə ilə nəticələnib. 

“Report” xəbər verir ki, 12 yaşlı uşağın əlində fişəng partlayıb. Nəticədə rayonun Məlhəm kənd sakini 2006-cı il təvəllüdlü Kamal Mais oğlu Cəbrayılov sağ əlinin şəhadət barmağının bir hissəsinin qopması, əlin ovuc nahiyyəsinin cırılmış-parçalanmış yarası və sol əlin vətərlərində əzilmə yarası ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib.

Xəstəyə yardım göstərilib. Aparılan cərrahiyə əməliyyatından sonra sağ əlin şəhədət barmağının baş hissəsi kəsilərək götürülüb. Xəstənin vəziyyəti keçirdiyi əməliyyata uyğundur.

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, məşhur "Bəyin oğurlanması" komediyası məhz Məlhəm kəndində çəkilib.

Xəbər lenti
0