Nənəsinin kitabı nəvəsini şoka saldı

© Photo : Deseretnews.comNənəsinin kitabından 50 min qazanan amerikalı qadın
Nənəsinin kitabından 50 min qazanan amerikalı qadın - Sputnik Azərbaycan
Abunə olmaq
Qadının ailəsi isə illər boyu bu dini kitabı qoruyub saxlayıb

BAKI, 21 mart — Sputnik. İllərdir nənəsindən qalan əşyaları zirzəmidə saxlayan amerikalı qadın qutuların içindən kilsəyə aid olan, 1844-cü ildən qalan dini kitab tapıb. Qadın kitabın dəyərli ola biləcəyini düşünərək antik əşyaları qiymətləndirən televiziya proqramı olan “America’s Antiques Roadshow” ilə əlaqə saxlayaraq bu sahədə mütəxəssis olan Ken Sanderslə görüşüb. Qadın Sanderslə ilk dəfə qarşılaşan vaxt kitabın neçə illik tarixə malik olduğundu bilmədiyini deyib. Sanders dini kitabın əvəzsiz olduğunu bildirib. 

O deyib ki, kitabın arasındakı qeydlər bu əsərin nə qədər dəyərli olduğunu sübut edir. O vaxtlar dini kitabları kilsəyə gələn insanlara paylayırdılar. Yeni nəşr çıxandan sonra köhnə cildli kitablar tullanırdı.

Qadının ailəsi isə illər boyu bu dini kitabı qoruyub saxlayıb. Sanders bu kitabın dəyərinin təxminən 40-50 min dollar arası olduğunu deyəndə qadın çox heyrətlənib və bildirib ki, onun bu qədər qiymətli olduğunu ağlına belə gətirməyib.

Xəbər lenti
0