BAKI, 21 mart — Sputnik. Türkiyədə məscidlərdən birində maraqlı hadisə baş verib.
Sputnik Azərbaycan Türkiyə medyasına istinadən xəbər verir ki, cümə namazı zamanı imam xütbədə Türkiyədə olan mobil operatorlardan birinin reklamını edib.
Belə ki, imam bu operatorun dövlətə məxsus olduğunu bildirərək onun haqqında danışmaqdan çəkinməyib. O bunu dostunun xahişi ilə etdiyini deyib. Amma onun xəbəri olmayıb ki, bu mobil operator bir müddət əvvəl özəlləşdirilib.