Rauf Qurbanəliyev: “Festivalların qalibi olan filmlərimiz var”
Son zamanlar Azərbaycanda milli kino yaradıcılığında inkişaf nəzərə çarpır. Yeni filmlər böyük tamaşaçı marağına səbəb olur. Kinooperator Rauf Qurbanəliyev Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan kinosunun xaricdə tanınmadığını demək olmaz:
“Festivalların qalibi olan filmlərimiz var. Amma sırf kommersiya məqsədilə çəkilən filmlərimiz hələ heç bir yerə çıxa bilməyib. Köhnə Azərbaycan filmləri və indi çəkilən filmlərə yanaşma fərqi var. İndi çəkilən filmlərin mövzusu bizə yaddır. Ona görə də filmlər tamaşaçı üçün maraqsızdır”.
Kinooperatorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz.