İsraildən gecikmiş Suriya etirafı

© Sputnik / Vitaly Timkiv / Mediabanka keçidSu-27 and F-16
Su-27 and F-16 - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyat 2007-ci sentyabrın 5-dən 6-na keçən gecə həyata keçirilib

BAKI, 21 mart — Sputnik. İsrail 11 il əvvəl Suriyada tikilməkdə olan nüvə reaktorunu məhv etməsi barədə məlumatı ictimaiyyətə açıqlayıb.

Bu barədə İsrail ordusu məlumat yayıb.

Əməliyyat 2007-ci sentyabrın 5-dən 6-na keçən gecə həyata keçirilib. 

"Sentyabrın 5-dən 6-na keçən gecə İsrail hərbi-hava qüvvələri Suriyanın Deyr-əz-Zor əyalətində tikilməkdə olan nüvə obyektini məhv ediblər. Dörd F-16 təyyarəsi həm İsrail, həm də bütövlükdə bölgə üçün atom təhlükəsini aradan qaldırıblar" — məlumatda deyilir.

Hərbçilər həmin əməliyyatı əks etdirən videoyazını da yayımlayıblar.

"Bir neçə ildən sonra Deyr-əz-Zor əyaləti İŞİD terrorçularının əlinə keçdi. Əgər nüvə obyekti onların əlinə keçsəydi, nəticəni təsəvvür etmək belə çətindir" — ordudan bildirilib.

Xəbər lenti
0