BAKI, 20 mart — Sputnik. Son zamanlar Türkiyədə dolların qiymətinin artması benzinin qiymətinə də təsir edib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gecədən etibarən Türkiyədə benzinin litrinin qiyməti 15 quruş (6 qəpik) artacaq.
Neft Məhsulları Sahibkarları Təşkilatı tərəfindən verilən məlumata görə, dizelin qiymətində heç bir dəyişiklik gözlənilmir.