BAKI, 20 mart — Sputnik. ABŞ prezidenti Donald Tramp amerikalı əsgərlərin Suriyadan çıxarılması üçün Səudiyyə Ərəbistanı kralı Salmandan 4 milyard dollar istəyib.
Sputnik Azərbaycan "əl-Ərəbiyyə"yə istinadən xəbər verir ki, bu barədə iddianı “Washinton Post” qəzeti amerikalı rəsmilərə istinadən yazıb. Qəzet iddia edir ki, Tramp məsələ ilə bağlı kralla müqavilə bağlayıb.
ABŞ-dakı Səudiyyə Ərəbistanı səfirliyi Trampın Salmandan 4 milyard dollar istəməsi ilə bağlı qəzetin suallarını cavabsız qoyub. Məlumata görə, Tramp administrasiyası İŞİD-dən təmizlənən ərazilərin yenidən bərpası və stabilliyin qorunması üçün Səudiyyə Ərəbistanından və digər ölkələrdən pul istəyib.
İddia ilə bağlı Ağ Evdən hər hansı açıqlama verilməyib.