Mobil telefon partlayaraq sahibini məhv etdi

© pixabay / StockSnapSmartfon
Smartfon - Sputnik Azərbaycan
Abunə olmaq
Polis hadisəni araşdırır

BAKI, 20 mart — Sputnik. Hindistanda 18 yaşlı qız mobil telefonla danışarkən həlak olub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qızın ailəsi dolmaq üçün adapteri telefona taxaraq danışarkən sonuncunun qızın əlində partladığını bildirib.

Telefonun partlaması zamanı 18 yaşlı Uma Oram başından, sinəsindən, ayaqlarından yaralanıb. Xəstəxanaya aparılsa da, qızın həyatını qurtarmaq mümkün olmayıb. 

Polis hadisəni araşdırır.

Xəbər lenti
0