Dünyaya gətirdiyi uşaqları soyuducuda saxlayan qadın həbs edilib

© Sputnik / Anar MustafayevДевушка в наручниках, фото из архива
Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məhkəmə martın 19-da, cəsədin aşkar edilməsindən 3 il sonra başlayıb

BAKI, 20 mart – Sputnik. Fransada 10 il müddətində dünyaya gətirdiyi 7 övladını buzxanada saxlayan 38 yaşlı Ramona Kanetin məhkəməsi başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, yeni doğulmuş uşaqlardan birinin cəsədi evdə soyuducunun buzluğunda qadının iki qızından biri tərəfindən aşkarlanıb. Qız bu barədə atası Xuan Karlos Kanetə danışıb. O isə dərhal polisə xəbər verib.

Sonra müəyyən edilib ki, uşaq tapılmamışdan 48 saat öncə dünyaya sağ gəlibmiş. Tibbi ekspertizinın rəyinə görə o yaşaya bilərmiş. Axtarış zamanı polis daha 4 dondrulmuş cəsəd aşkarlayıb. 

Bundan sonra valideynlərin hər ikisi həbs edilib. Kişini cəsədlərin gizlədilməsi barədə polisi məlumatlandırmadığı üçün həbs etsələr də, kişi 2005-2015 ci illər ərzində həyat yoldaşının hamiləliyindən xəbərsiz olduğunu bildirib. Vəkilinin sözlərinə görə, Xuan Karlos  həyat yoldaşının tərəfindədir, ona qarşı əsəbi deyil və onu dəstəkləyəcək.

Məhkəmə martın 19-da, cəsədin aşkar edilməsindən 3 il sonra başlayıb. Mühakimə ediləni ömürlük həbs cəzası gözləyir.

Xəbər lenti
0