BAKI, 19 mart — Sputnik. Bu gündən Azərbaycanda Novruz bayramının qeyd olunmasına başlanılıb. Bu barədə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş Moskva-Bakı videokörpüsündə, Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə məlumat verib.
O bildirib ki, sabahdan "Fəvvarələr meydanı"nda 6 günlük festival başlayacaq: "Festival ərzində Azərbaycana gələcək turistlərin əksəriyyətinin MDB ölkələri və İrandan olacağı gözlənilir. Rusiyalı və MDB ölkələri turistləri üçün may ayında "Yay" adlı kampaniya keçiriləcək".
"Azərbaycana gələn turistlərin sayına görə ilk yeri Rusiya, ikinci yeri Gürcüstan, üçüncü yeri Türkiyə, dördüncü yeri isə İran tutur. Ölkəyə gələn turistlərin 20 faizini ərəb ölkələrindən gələn turistlər təşkil edir", — deyə Quluzadə bildirib.