BAKI, 19 mart — Sputnik. Türkiyənin Danimarkadakı səfirliyinə hücum edilib. Sputnik xəbər verir ki, iki nəfər naməlum şəxs diplomatik nümayəndəliyin binasına molotov kokteyli atıb.
Məlumatı Kopenhagen polisi yayıb. Hadisə zamanı yaralanan olmasa da, səfirliyin binasına ziyan dəyib. Xoşbəxtlikdən hücum vaxtı binada heç kim olmayıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
— presse fotos (@pressefotosdk) 19 марта 2018 г.