CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentliyə namizədlər üçün ödənişli efir vaxtı: Saniyəsi 100 manat

© Sputnik / Mikhail VoskresenskyTeleviziya
Televiziya - Sputnik Azərbaycan
Abunə olmaq
Ən baha efir vaxtının saniyəsi 100 manat, ən ucuz isə 20 manatdır

BAKI, 19 mart — Sputnik. Azərbaycanda 4 televiziya aprelin 11-nə təyin edilən Prezident seçkilərində ödənişli seçkiqabağı təşviqat aparacağını və təşviqat üçün qiymətləri açıqlayıb.

Sputnik Azərbaycan-ın “Report”a istinadən xəbərinə görə, “Azad Azərbaycan” Müstəqil Teleradio Kampaniyasının (ATV) qiymət cədvəlinə əsasən, prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının bir saniyəsi minimum 36 (saat 10:00) manatdır. Bir saniyə efir vaxtının maksimum qiyməti isə 75 (saat 21:15) manatdır.

Mərkəzi Seçki Komissiyası - Sputnik Azərbaycan
SİYASƏT
Prezident seçkiləri ilə bağlı vacib məlumat

"Xəzər" televiziyasında çıxışın saniyəsi minimum 40 (saat 11:50), maksimum isə 100 manat (saat 20:20) müəyyən edilib.

ARB televiziyasında isə bu rəqəm 26-65 manat arasında dəyişir.

Qiymətlərə ƏDV daxil deyil.

Xatırladaq ki, İctimai Televiziyada prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi minimum 20 manatdır. Çıxışın saniyəsinin maksimum qiyməti isə 50 manat müəyyən edilib. İctimai radioda isə çıxışın bir saniyəsi üçün minimum 7, maksimum 25 manat ödəmək lazımdır.

Qeyd edək ki, MSK 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlaloğludur (Məmmədov).

Xəbər lenti
0