ELM

Məktəblilərin tətil günlərinin sayı bəlli oldu

© Sputnik / Leyla AbdullayevaQuba rayonunun Cağacıq kəndində yeni istifadəyə verilmiş modul tipli məktəb
Quba rayonunun Cağacıq kəndində yeni istifadəyə verilmiş modul tipli məktəb - Sputnik Azərbaycan
Abunə olmaq
Sabahdan məktəblilərin tətil günləri başlayır

BAKI, 19 mart — Sputnik. Məktəblərdə Novruz bayramı münasibəti ilə tətil başlayır. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyinin (TN) mətbuat xidmətindən məlumat veirlib.

İlham Əliyev Novruz bayramı münasibətilə Bakıda təşkil olunmuş ümumxalq şənliyində, 18 mart 2017-ci il - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Bildirilib ki, məktəblər martın 20-dən tətilə çıxır: "Nazirlər Kabinetinin "2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 6 dekabr 2017-ci il tarixli 540 nömrəli qərarına əsasən, 2018-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləri kimi təsbit olunub və həmin günlər iş günü hesab edilmir. Əmək Məcəlləsinə görə, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir".

"Buna müvafiq olaraq, 24 mart tarixinin şənbə gününə təsadüf etməsi ilə əlaqədar 5 günlük iş həftəsi ilə işləyən müəssisələrdə martın 26-sı iş günü hesab olunmur. Beləliklə, bayramdan sonra 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində mart ayının 26-sı, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mart ayının 27-si dərs günü olacaq", — deyə TN-dən məlumat verilib.

Xəbər lenti
0