Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanda yaşayan ruslar hansı namizədlərə nə qədər səs veriblər?

© Sputnik / Murad OrujovГолосование на выборах президента России в посольстве РФ в Баку
Голосование на выборах президента России в посольстве РФ в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Bakıdakı səfirliyində qurulan 8017 saylı seçki məntəqəsində keçirilən seçkilərdə 1517 nəfər iştirak edib

BAKI, 19 mart — Sputnik. Martın 18-də Rusiyanın Bakıdakı səfirliyində qurulan 8017 saylı seçki məntəqəsində keçirilən RF prezidentinin seçkilərində 1517 nəfər iştirak edib. Bu barədə Sputnik Azərbaycan-a diplomatik nümayəndəlikdən məlumat verilib.

Президент РФ В. Путин принял участие в голосовании на выборах президента РФ - Sputnik Azərbaycan
RUSİYA
Vladimir Putinə rekord dəstək

Səfirliyin məlumatına görə, seçkilər qaydalara uyğun şəkildə keçirilib və heç br şikayət daxil olmayıb. Seçki məntəqəsində seçki prosesini Azərbaycan və Rusiya KİV-lərinin nümayəndələri, eləcə də MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri izləyiblər.

Səfirlikdə keçirilən səsvermənin nəticələri belədir: Baburin S.N — 5 səs (0,33%), Qrudinin P.N. — 119 səs (7,92%), Jirinovski V.V – 35 (2,33%), Putin V.V. – 1252 səs (83,3%), Sobçak K.A. — 57 səs (3,79%), Suraykin M.A. – 7 səs (0,47%), Titov B.Y. – 11 səs (0,73%), Yavlinski G.A. – 17 səs (1,13%).

İdarədən bildiriblər ki, səfirlik seçkilərdə iştirak edən bütün Rusiya vətəndaşlarına, eləcə də seçkilərin təşkilində göstərdikləri köməyə görə Azərbaycan hakimiyyətinə öz minnətdarlığını bildirir.

​Qeyd edək ki, hər hansı səbəbdən seçki məntəqəsinə şəxsən gələ bilməyən seçicilərə "Qaynar xətt"ə zəng etmək imkanı yaradılıb və səfirliyin işçiləri bu zəng əsasında onların səs verməsinə şərait yaradıblar.

Eyni zamanda, Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Oleq Muraşov, eləcə də hazırda Bakıda olan Rusiyanın akademik avarçəkmə üzrə yığma komandasının üzvləri də səfirlikdəki seçki məntəqəsində səs veriblər. Səsvermə günündən bir gün əvvəl isə erkən seçkilər Şəki, Lənkəran və Gəncə şəhərlərində təşkil edilib.

Xatırladaq ki, 2016-ci il 18 sentyabrda Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə Azərbaycandakı seçki məntəqələrində 487 nəfər səs vermişdi.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bülletenlərin 99,84 faizinin hesablanmasından sonra Rusiyanın hazırki prezidenti Vladimir Putin ümumi səslərin 76,66%-ni qazanıb. Putinin xeyrinə 56 milyon 206 min 514 seçici səs verib. Kommunist Partiyasının namizədi Pavel Qrudinin 11,9% səslə ikinci, Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski isə 5,66% səslə üçüncü olub.

Dördüncü yerdə 1,67% səslə teleaparıcı Kseniya Sobçak qərar tutub. "Yabloko" partiyasınını lideri Qriqori Yavlinski 1,04% səslə beşinci, Boris Titov 0,76% səslə altıncı, Maksim Suraykin 0,68% səslə yeddinci olub. Sonuncu yerdə 0, 65% səslə Sergey Baburin qərarlaşıb.

Xəbər lenti
0